• 21 Sentyabr 2024 11:54

“Sandra mənim həyatımın əsas sevgisidir” – Saakaşvili

“Mən ümid edirəm ki, cəza mərhələsi bitib və Saakaşvili təmizlənir ki, azad edildikdən sonra onun orqanizminə yeridilən maddə tapılmasın…”

“Saakaşvilinin belə şəraitdə və belə fiziki halında apardığı mübarizə əsl qəhrəmanlıqdır…”

“Əgər Gürcüstan hakimiyyəti özünün ən yaxşı prezidentini dünyanın gözləri qarşısında öldürməklə Avropa İttifaqına düşə biləcəyini düşünürsə, çox böyük səhv edir…”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanada yatmamalı və işgəncələrə məruz qalmamalıdır.

Bu barədə “gordonia.com” nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində teleaparıcı Savik Şuster bəyan edib.

Batsman deyib ki, bu ərəfədə Saakaşvili ona məktub yazıb və doğum gününü təbrik edib.

“Mən bir daha demək istəyirəm ki, o, bu gün həbsxanadadır və bu, əlbəttə ki, tamamilə biabırçı haldır. Bu, Gürcüstanın bugünkü hakimiyyətinin Rusiyanın rəhbərliyi altında apardığı qeyri-insani aksiyadır. Və Mixail Saakaşvilinin hətta belə şəraitdə və belə fiziki halında apardığı mübarizə əsl qəhrəmanlıqdır.

Biz axı indiyədək onun hansı işgəncələrə və sağlamlığına hansı təsirlərə (psixoloji və fiziki) məruz qaldığından xəbərsizik. Bu, həbsxanadan çıxandan sonra bilinəcək.

Hələlik, biz bu barədə xatırlayıb söylədiyimiz zaman Gürcüstan hakimiyyətinə təzyiqlər olur. Əgər Gürcüstan hakimiyyəti özünün ən yaxşı prezidentini dünyanın gözləri qarşısında öldürməklə Avropa İttifaqına düşə biləcəyini düşünürsə, çox böyük səhv edir”, – Batsman bəyan edib.

 

O, diqqəti ötən həftə Gürcüstan prezidenti Salome Zurabişviliyə Saakaşvilinin əfv edilməsi ilə bağlı müraciət edildiyinə çəkib.

“Ona baş nazir çox güclü təsir edir, onun gerçəkdən siyasi gücü yoxdur. O, az şey edə bilər. Mən, əlbəttə, buna ümid edirəm, amma bunu etmək onun üçün çətin olacaq”, – Şuster deyib.

Eyni zamanda o, siyasətçinin tezliklə azad ediləcəyinə ümid etdiyini ifadə edib. “Mən Saakaşvilinin məktubunu görməyimə çox şadam. O, yazır, həm də savadlı yazır, Allaha şükürlər olsun. O, yazır, deməli, Sizin doğum gününüz onun yadındadır. Bu, çox vacibdir.

Məndə bu mətni görəndən sonra belə ümid yaranıb ki, cəza mərhələsi bitə bilər, hazırda o, təmizlənir ki, azad edildikdən sonra orqanizmə yeridilənin maddənin heç bir əlamətləri tapılmasın. Mən buna ümid edirəm.

Çünki Saakaşvili elə bir adamdır ki, həbsxanada yatmamalı və işgəncələrə məruz qalmamalıdır”, – Şuster qeyd edib.

Kontekst

1 oktyabr 2021-ci ildə Saakaşvilinin Gürcüstanda saxlanıldığı gün ukraynalı deputat Yelizaveta Yasko dərc etdiyi videoda onların “bir-birini sevdiyi və bir-birinə dəstək göstərdiyi barədə” danışılır.

Həm Saakaşvili, həm də Yasko iddia edir ki, onların münasibətləri hər ikisi subay olduğu zaman başlayıb.

“Mən bəyan etmək istəyirəm ki, mənim bütün əvvəlki münasibətlərim bitib. Və bir çox aylar öncə mən və Liza Yasko talelərimizi birləşdirmişik. Biz çoxdandır ki, bərabər hüquqlu tərəfdaşlardan ibarət bir ailə kimi birlikdə yaşayırıq. Bu, böyük sevgi tarixçəsidir”, – Saakaşvili qeyd edib və hamıya onun özəl həyatına hörmətlə yanaşmağa çağırış edib.

2021-ci ilin dekabrında bəlli olub ki, Saakaşvilinin Elis-Mariya adlı qızı var. Onun anası gürcü müğənnisi Sofo Nijaradzedir. O, qızını 2020-ci ilin yayında dünyaya gətirib.

2023-cü ilin yayında Yasko etiraf edib ki, Saakaşvilidən qızı dünyaya gəlib. Körpənin nə zaman doğulduğunu o, dəqiqləşdirməyib.

İyulun 5-də “Ukrainskaya pravda” nəşrində dərc edilən məktubunda Saakaşvili etiraf edib ki, o, Ukraynada doğulan qızı Jasmini hələ görməyib.

Sentyabrın 28-də Gürcüstanın sabiq prezidenti iki il ərzində ilk dəfə olaraq həbsdə olduğu gürcü həbsxanasında həyat yoldaşı Sandra Rulofsla görüşündən sonra onu “öz həyatının əsas sevgisi” adlandırıb.

Onlar boşanmaları barədə rəsmən məlumat verməyib. Cütlüyün Eduard (1995) və Nikoloz (2005) adlı iki oğlu var. Hazırda Saakaşvili Gürcüstan xəstəxanasında həbsdədir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər