“SOCAR” prezidenti Rövnəq Abdullayevin sirli yüksəlişi…
Çoxları Rövnəq Abdullayevin yüksəlişini keçmiş deputat olan millət vəkili Fəzail Ağamalı ilə parlamentdə yumruqlaşması ilə yadda qalmış, hal-hazırda həbsxana həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayevə şoferlik elədiyi dövrlərə bağlayır. O zaman Rövnəq müəllim köhnə “Vaz 21 011” markalı avtomobili ilə çoxlarının xatirəsində qalmışdı. Lakin işin həqiqi mahiyyətindən heç kəsin xəbəri yoxdur.
Rövnəq Abdullayev ali təhsilin bitirdikdən sonra “ SOCAR”ın keşmiş ARDNŞ-in XDNQT tresti İMİ-də qarajda mexanik vəzifəsinə təyinat alır. Qeyd edirəm ki, Rövnəq Abdullayev Azərbaycanın İnşaat Mühəndisləri Universitetindən yarımçıq xaric edilmişdi. Sonradan o pul vəsaiti hesabına Moskva Kuybişev adına İnşaat Mühəndisləri İnstitutuna transfer alıb orada təhsilini birtəhər bitirib. Kuybişev adına İnstitutu bitirdikdən sonra təyinatla təmin edilmişdir. Bu təyinatı almasında ona anası Gültac müəllimə kömək edir. Çünki Gültac müəllimə bir zamanlar Prezident İlham Əliyevin müəlliməsi olmuşdur. Bu əlaqədən istifadə edərək hakim ailəyə xod əldə edib bütün bunları təmin etməyə nail olmuşdur.
O zamanlar İlham Əliyev neft şirkətinə özünə yaxın adamları yerləşdirməyə başlamışdı. Rövnəq Abdullayev üzərindəki layihədə məhz o zamandan gündəmə gəlmişdi. O etimadı doğruldacağı təqdirdə “SOCAR” prezidentliyinə yüksəldiləcəyinə qədər hesablanmış bir layihə məhz onun üzərində qurulmağa başlamışdı.
Bildiyiniz kimi, eks deputat Hüseyn Abdullayevin biznes həyatı SSRİ dağılandan sonra dəmir-metal alveri olub. Sonra bu alveri o silah alverinə qədər yüksəltmiş olub. Biznesinin ilk dönəmində Hüseyn Abdullayevin İlham Əliyevlə yaxın münasibətlərinin olduğu da kimsəyə sirr deyil. Hətta eks deputat Heydər Əliyevin hakimiyyət yolunda onun şilləvuranı timsalında da çıxış eləmişdi. Onu da qeyd edim ki, quska həmin bu dəmir alverindən qabaq Naxçıvanda toyxanalardan şabaş oğurlayan ara uşaqlarının banda rəhbəri imiş.
Bir sözlə, o zaman Rövnəqin ARDNŞ (SOCAR) XDNQT tresti İMİ-də yerləşdirilməsi və Quskayla dostlaşdırılması İlham Əliyevin uzun bir maxinasiya siyasəti olmuşdur. Beləki, İstehsalatı Mexanikləşdirmə İdarəsi çox nəhəng bir neft sənaye istehsalat regionunun təmir tikinti quraşdırma işlərini həyata keçirirdi. Olduqca böyük, geniş, nəzarət mümkün olmayan neft sahələrinə malik idi. Bu neft regionuna dənizdə və quruda həyata keçirilən bütün təmir və tikinti quraşdırma işləri daxil idi. Hansıki o ərazilərdə milyonlarla ton neft məhsullarının istehsalında istifadə edilən dəmir ,metal avadanlıqlar, uzunaraq bitib tükənməyən sahibsiz borular, buruqlar, dəniz sahəsində dəniz dibindəki qurğular, estakadalar və s. var idi ki, bunları da söküb satmaq üçün bu üçlük səmərəli iş həyata keçirə bilərdi və uzun illər maneəsiz keçirdilər. Məhz bu xəttlə Rövnəq Abdullayevin yüksəlişi yolunda ilkin baza tədbirləri öz bəhrəsini vermis oldu.
Rövnəq Abdullayev Hüseynin ona verdiyi faydanı qarşılıqsız qoymamışdı. O “SOCAR” prezidenti olandan sonra bəlkə də bir az daha əvvəl Bakının Nizami rayonu hakimiyyət tərəfindən onun kratorluğuna verilmişdi. Həmin vaxtlarda Rövnəq müəllim siyasətə atılmaq istəyən Quskaya ( Hüseyn Abdullayev) məhz bu öz rayonundan deputat mandatı da verdirdi. Əski ortağı kimi bir dairədən özu, digərindən də Quska deputat oldu.
Sonralar Rövnəq Abdullayev işlədiyi İMİ-nin rəisi oldu. Daha sonra biznesi böyüdərək oradan trest rəisliyinə ucaldıldı. Bu arada Azərsu Prezidenti olan Qorxmaz müəllim də o yolda Rövnəq Abdullayevin yaxın silahdaşlarından birinə çevrilmişdi. Trest rəisi olarkən Rövnəq müəllim onu özünə birinci müavin təyin etmişdi.
Bir sözlə, dəmir metal alverindəki uğurlar, bu sahədəki peşəkarlıq Rövnəqi bu sahədə üzərində iri layihələr hesablanan bir fiqura çevirdi. Daha sonra Rövnəq üzərindəki qara biznes elə böyüyürdü ki, artıq dünya səviyyəsinə qalxırdı. Buna görə Rövnəqin nüfuz dairəsində olan trest böyüyən bazarı təmin etməyə kifayət etmirdi. Onun daha da ucalması vacib şərtə çevrilmişdi.
Bu arada onu da bildirim ki, o zaman ARDNŞ rəhbərliyində vicdanlı səviyyəli insanlar var idi. Böyük zavodların direktorları hörmətli nüfuzlu şəxslər idi. Rövnəqin dağıdıcılıq siyasətindən rəhbərlər bezmişdi. Ona görə trestdən sonra böyümək üçün onun yolunda olduqca böyük maneələr var idi. Həmdə Rövnəqin öz şəxsi potensialı da belə iri rəhbərliyə uyğun gəlmirdi.
Bu minvalla, buna baxmayaraq onun yolu bir yerlərdən açılmağa başladı. O ənənəvi biznesində qazandığı etibarı , həm də pərdəarxası ortağının dövlət rəhbərliyinə ucalması onun da yolundakı maneələri aradan qaldırmağa başladı. Rövnəq trestdən AZneftyanacaq NEZ-ə direktor gətirildi. O zaman həmin Zavodun direktoru olan Ramiz müəllim çox nüfuzlu şəxs idi. O, Rövnəqin nəyə qadir olduğunu bildiyinə görə zavodda başladığı ilk dağıdıcı maxinasiyalarını bilib, dözməyib zavoda gəlib, onu tənqid edib, hətta ona dövlətə və millətə vurduğu bu ziyana görə bir şillə də yapışdırmışdı. Sonradan çox çəkmədən Ramiz müəllim ağır xəstəlik keçirib infarkdan dünyasını dəyişmişdi. Qohum əqrəbası onun rəhmətə getməsinə səbəbin məhz Rövnəqə vurduğu şapalaq olduğunu bildirirlər.
Ramiz müəllimin etiraz elədiyi dağıdıcılıq maxinasiyaları isə bunlar idi: 5000 tonluq, 20000 tonluq, 100000 tonluq çənlərin təmirinin saxtalaşdırılması və sayı-hesabı bilinməyən dövlət vəsaitlərinin mənimsənilməsi idi. O zaman zavodda çalışan şəxslərin bildirdiyinə görə 1 ildə bu tip maxinasiyalardan düz 1 milyard manat Rövnəq müəllim mənimsəmə yolu ilə gəlir əldə etmişdir. Zavodda Rövnəqin təmir idarəsinə təyin elədiyi rəis qaynatası Adəm olub. Ümumiyyətlə , Rövnəq harada çalışıbsa həmin idarədə bütün rəhbər vəzifələrə Naxşıvanda , kəndində-kəsəyində qalmış bütün qohumlarını belə gətirib yerləşdirmişdi. Bir sözlə, işlədiyi hər idarəni, hər müəssisəni, hər zavodu, hər birliyi ailə müəssisəsinə, tayfa müəssisəsinə çevirmişdir.
Buna nümunə bacanağı Hənifi, bacanağı Tofiqi, qaynatası Adəmi, xalasıoğlu Rəşadı, və s. göstərmək olar ki, hamısı “Socar”da strateji vəzifələrdə oturub. ”Socar”ın başından ayağına kimi hamısı onun tayfasından öz tövhəsin almışdır.
Rövnəqin ilk dünya səviyyəli yeyintilərindən biri isə “Bakı-Novorosiyski” neft kəmərinin təmiri zamanı mənimsənilən dövlət vəsaitidir.
Bildiyiniz kimi, Rövnəq Abdullayev “Socar”ı əsasən qohumları vasitəsi ilə tayfa rəhbərliyi ilə idarə edir. Belə ki, Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdyi hesabatdan sonra cəmiyyətdə “Anar Əliyevin kimliyi” ilə bağlı araşdırmalar getdi. Həmin məlumatları diqqətə çatdırırıq:
1. Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev “SOCAR” Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev “SOCAR”da satış direktoru olur.
3. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Azadın oğlu Rəsul “SOCAR”da mühüm vəzifə daşıyır.
6. Anarın xalası oğlanları “Suraxanı OIL” Əməliyyat şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.
7. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.
8. Rövnəq Abdullayevin qaynatası ( həm də doğma əmisidir ) Adəm müəllim “SOCAR”da Demontaj sektorunun rəisidir.
9. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir.
10. Neft Kəmərləri İdarəsinin rəis müavini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.
11. Rövnəq Abdullayevin həm də Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”un prezidentidir.
12. Rövnəq Abdullayevin bacanağı Mehman “SOCAR”ın Təchizat Departamentinin rəisidir.
Araşdırma zamanı o da məlum olub ki, Anar Əliyev soyadını dəyişərək Əlizadə olub.
Qeyd edək ki, bu siyahıda Rövnəq Abdullayev ARDNŞ-dəki qohunlarının bir hissasnin adı yer alıb. ARDNŞ-in Təhlükəsizlik İdarəsində, Bakıda və Sumqayıtda yerləşən zavodlarında rəhbər vəzifələri Rövnəq Abdullayevin qohumları tutur.
Hələ bu harasıdır. Rövnəq Abdullayev aşbaz Hənifə dəniz işlərini həvalə edib. Hansı ki, Hənifin neft sahəsindən qətiyyən anlayışı olmayıb. Adamın ömrü boyu yeməkxanalarda yemək bişirməkdən başqa peşəsi olmayıb.
Haqqında: Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.
Rövnəq Abdullayev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Sonra oxuya bilmədiyi üçün naməlum səbəbdən xaric olunub. 1983-1985-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olan Rövnəq Abdullayev 1985-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cı ildə həmin institutu bitirib.
Rövnəq Abdullayev Məlahət Əliyeva ilə ailəlidir, Rəşad adında oğlu, Sevinc adında isə qızı var. Rövnəq Abdullayevin qaynatası və dayası olan Adəm Əliyev Dubayda qeydiyyatda olan “Bahar Enerji” MMC-nin sahiblərindən biridir.
• Sevinc Abdullayeva — 1992-ci il təvəllüdlü Sevinc Abdullayeva ailəlidir, bir qızı var.
• Rəşad Abdullayev — 1994-cü il təvəllüdlü Rəşad Abdullayev İstanbul şəhərində yaşayır və bizneslə məşğuldur. Bildiyiniz kimi ,yaxın zamanlarda məhşur saat əhvalatında saatı əlindən alınan oğlandır.
Rövnəq Abdullayev 1989–1997-ci illərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) və “28 May” NQÇİ-də, habelə “Xəzərdənizneftqazinşaat” Trestinin inşaat-quraşdırma idarəsində şöbə rəisi, mühəndis və baş mühəndis vəzifələrində çalışıb.
1997-2003-cü illərdə “Xəzərdənizneftqazinşaat” Trestinin müdiri vəzifəsində çalışan Rövnəq Abdullayev 2003-2004-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olub. Zavodun keçmiş direktoru Ramiz müəllim və onun sonrakı dövrlərdə naməlum səbəblərdən dünyasını dəyişməsi də yuxarıda izah elədiyim kimi Rövnəq Abdullayevin və himayədarlarının işi kimi izah edilir.
2004-cü ildə “Neftçi” Futbol Klubunun Prezidenti seçilən Rövnəq Abdullayev 2005-ci il noyabrın 6-da baş tutan Azərbaycan Milli Məclisinə III çağırış seçimlərə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev seçimdə “qalib” gəldi və Milli Məclisin üzvü oldu.