• 22 Sentyabr 2024 03:09

Əfqanıstanda ölənlərin sayı artır – VİDEO

 

Əfqanıstanda baş verən zəlzələdə həyatını itirənlərin sayı 2400-ə yüksəlib. 

Tacxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Fəlakətlərin İdarə Edilməsi Nazirliyi məlumat verib.

Təxminən 1200 nəfərin hələ də dağıntılar altında qaldığı təxmin edilir.

Həmçinin daha öncə yaralıların 9 240 nəfər olduğu xatırlatılaraq daha 2 min nəfərin də yaralandığı bildirilib.

Xatırladaq ki, Əfqanıstanın Zindəcan bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkan 13 kənddə böyük dağıntılara səbəb olub, 1320 ev tamamilə dağılıb.

 

Oxşar xəbərlər