İsrail ordusu gecə ərzində Qəzza sektorundakı HƏMAS və “İslami cihad”ın 500-dən çox hərbi hədəfini məhv edib.
Tacxeber.com xəbər verir ki, hədəflər qırıcılar, helikopterlər və artilleriya vasitəsilə sıradaq çıxarılıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.