• 12 Noyabr 2024 01:09

İsrail səfiri: Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq

 

Oktyabrın 7-si Holokostdan sonra yəhudi tarixində ən qara gün kimi yadda qalacaq.

APA xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik son hadisələrlə bağlı mətbuata açıqlamasında bildirib.

Ətraflı
“HƏMAS terrorçuları qadınlarımızı və kişilərimizi, oğullarımızı və qızlarımızı öldürmək, zorlamaq və qaçırmaq üçün İsrailin cənubundakı şəhərlərimizi zəbt edərək raket atdığı zaman sürpriz bir müharibə başladı.

700-dən çox israilli ölüb, 100-dən çox adam qaçırılıb və 2000-dən çox insan yaralanıb.

Hücum vaxtı sürpriz olsa da, qəddarlıq sürpriz deyildi.

HƏMAS bir soyqırımı təşkilatıdır, onun liderləri açıq şəkildə bütün yəhudilərin öldürülməsindən danışır.

Bu, onların nizamnaməsində yazılıb.

Nifrət mədəniyyəti bu barbarlığın səbəbidir.

Bu gün baş verənlər İsraildə görünməmiş bir hadisədir və biz bunun bir daha baş verməyəcəyinə əmin olacağıq”, – diplomat əlavə edib.

Onun sözlərinə görə, İsrail ordusu HƏMAS-ın imkanlarını məhv etmək üçün dərhal bütün gücünü işə salacaq: “Biz HƏMAS təhlükəsini aradan qaldıracağıq. Bu müharibədir. Təəssüf ki, bu, İsrail tarixində faciədən qalxmalı olduğumuz ilk müharibə olmayacaq.

Əvvəllər də hücuma məruz qalırdıq, sayca az idik, qəfil yaxalanırdıq”.

Tacxeber.com

Oxşar xəbərlər