Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan barışmaz anti-Paşinyan müxalifətinin alayına qoşulub. Bir gün əvvəl o, siyasi fəaliyyətə başladığını və “Ermənistanın daxili və xarici düşmənlərdən azad edilməsi” üçün siyasi hərəkatın yaradılmasını elan etdi.
Tacxeber.com xəbər verir ki, bu barədə Erməni siyasi şərhçi Tevos Arşakyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda Moskvaya bağlı olan keçmiş məmurların və marionetlərin kifayət qədər müqaviməti yox idi, indi ən iyrənc personajlardan biri olan general Karapetyan ortaya çıxıb.
“Ermənistanda hər kəs yaxşı bilir ki, Arşak Karapetyanın Rusiya Federasiyası vətəndaşı kimi pasportu var. Xüsusi xidmət orqanları bu barədə onsuz da Karapetyandan razı olmayan Paşinyana məlumat verəndə o, müdafiə nazirini istefa məktubu yazmağa məcbur edib və bu da həyata keçirilib.
Məlumat var ki, Karapetyan onu Paşinyana qarşı “döyüşməyə” göndərən Rusiya xüsusi xidmət orqanlarının qarmaqlarındadır”, – o bildirib.