• 25 Noyabr 2024 08:22

Putin Azərbaycanla aramızı vurmasın, biz birgə yaşayışın yollarını tapmalıyıq – Ağazaryan

 

Mən Putindən xahiş edirəm ki, bu fürsətdən faydalanıb qonşularımızla münasibətlərimizə daha az müdaxilə edib düşmən münasibət yaratmasın.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.

“Təbii ki, o, ermənilərin maraqlarını bizdən çox düşünə bilməz. Ona görə də mən bir vətəndaş kimi ondan (Putindən) xahiş edirəm ki, bu və ya digər tarixi dövrdə yaranmış mühitdən öz xeyrinə istifadə etmək üçün bizimlə qonşu dövlətlərimizin arasına daha az qarışsın və düşmənçilik atmosferi yaratmasın.

Biz bu regionda yaşayırıq, bizim qonşularımız var və biz beynəlxalq standartlara uyğun birgə yaşamağın yollarını tapmalıyıq”, – Ağazaryan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər