İsrail Fələstin anklavına ərzaq, yanacaq və elektrik tədarükünü dayandıraraq Qəzza zolağının tam blokadasına başlayır.
Tacxeber.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant məlumat verib.
“Mən əmr verdim – Qəzza tam mühasirəyə alınacaq. Qəzza zolağına elektrik enerjisi, qida və yanacaq verilməyəcək. Biz barbarlarla mübarizə aparırıq və lazımi cavabı verəcəyik”, – nazir əməliyyat müşavirəsində bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib ki, İsrail hərbçiləri oktyabrın 7-də Fələstinin radikal HƏMAS təşkilatının silahlılarının sızdığı Qəzza zolağı ilə sərhədə yaxın yaşayış məntəqələrinə nəzarəti bərpa edib. Onun sözlərinə görə, İsrail ordusu hazırda “Dəmir Qılınc” əməliyyatı artıq əks-hücum mərhələsinə keçir və onun son məqsədi Qəzza zolağında HƏMAS-ın tamamilə məhv edilməsi olacaq.