• 25 Noyabr 2024 17:41

Kəmalə Ağazadə: “Hansısa qadın aliment ödəməsə, məsuliyyətə cəlb edilə bilər”

 

“Azərbaycanda aliment ödəyən qadınlar var”.

Bunu “Qaynarinfo”ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O, aliment ödəyən qadınların statistikası haqqında məlumatsız olduğunu qeyd edib:

“Belə hallar çoxdur. Tərəflər qanunvericiliyin tələblərini yerinə yetirir. Boşanma zamanı uşaq kimin yanında qalırsa, qarşı tərəf ona aliment ödəməlidir. Belə müraciətlər var. Əgər boşanma zamanı himayədə iki və daha çox uşaq varsa, tərəflər arasında bölgü aparılır. Uşaqlardan biri kişidə, biri qadında qalanda aliment ödənilmir, uşaqlarla bağlı qarşılıqlı məsuliyyət yaranır”.

Kəmalə Ağazadə bildirib ki, çoxuşaqlı ailələrlə də bağlı qərarlar da var:

“Məsələn, ailədə 3 və daha çox uşaq var. Boşanma zamanı onlardan biri anada, ikisi isə atada qalırsa, o zaman məhkəmə 3-cü uşağa aliment ödənilməsi ilə bağlı qərar verir. Hər şey məhkəmənin qərarından asılıdır. Əgər hansısa qadın məhkəmənin qərarını saymarsa və aliment ödəmərsə, onu məsuliyyətə cəlb edə bilərlər”.

Tacxeber.com

Oxşar xəbərlər