• 25 Noyabr 2024 22:50

Nəyə görə payızda saçlar tökülür?

Payız fəsli və soyuqlar gələn kimi daha çox saç tökülməyə başlayır. Bu hal normadır, yoxsa patologiya?

 

“Medicina” xəbər verir ki, trixoloq Yuliya Andreyevna mövsümi saç tökülməsinin səbəblərini açıqlayıb.

“Payızda tüklərin tökülməsi təbii prosesdir. Bu proses bütün məməlilərdə olur. Payızda orqanizm dəyişən havaya uyğunlaşırı. Günəş azalır, insan havada az olur, şapka və yaylıq taxılır.

Əslində saç itkisi əvvəlki insolyasiya, yəni isti hava və Günəşin təsirləridir ki, payızda özüü biruzə verdirir. İnsolyasiya baş dərisi problemlərini – alopesiya, psoriaz və s. aktivləşdirir.

Eyni zamanda payız qrip və respirator xəstəliklər dövrüdür, bunlar da immnuniteti azaldır, müxtəlif xroniki xəstəlikləri kəskinləşdirir, xəstəlik və onun müalicəsi saçlara neqativ təsir göstərir.

Avitaminoz, stress, bəzi dərmanlar saçların tökülmə səbəbidir. Problemi çözüb səbəbi tapmaq üçün həkim trixoloqla məsləhətləşmək lazımdır.

Saç tökülməsi həm ayrıca xəstəlik, həm də başqa səbəbdən ola bilər. Trixoskopiya saç köklərini müayinə edib, diaqnozu dəqiqləşdirir.

Tacxeber.com

Oxşar xəbərlər