• 21 Sentyabr 2024 11:43

Polis Koçaryanın oğluna təcili yardım çağırmaqdan imtina edib.

Xəbər verdiyimiz kimi, sentyabrın son 10 günlüyündə Ermənistanda müxalifət tərəfindən keçirilmiş itaətsizlik aksiyalarından birində eks-prezident Robert Koçaryanın oğlu Levon Koçaryan saxlanılmışdı.

“Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə zamanı baş vermiş pozuntularla bağlı vəkili Erik Aleksanyan danışıb.

Onun sözlərinə görə, polis Koçaryanın həbsdə olan oğlu üçün həkim çağırmaqdan imtina edib. Vəkil ona qarşı zorakılıq tətbiq olunduğunu, bir neçə zərbə vurulduğunu deyib.

“Nəticədə saxlanılan şəxsin tələblərinə baxmayaraq, cəmi yarım saat sonra təcili yardım çağırılıb”, – Aleksanyan vurğulayıb.  (Yenisabah)

Tacxeber.com

Oxşar xəbərlər