• 21 Sentyabr 2024 13:42

“Real” futbolçusuna 1 milyard avro qiymət qoydu.

“Real” futbolçusu Eduardo Kamavinqa ilə yeni müqavilə imzalayıb.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Fransalı yarımmüdafiəçi ilə yeni sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub. Maraqlıdır ki, müqavilədə satınalma məbləği 1 milyard avro olaraq qeyd edilib.

21 yaşlı futbolçunun son sözləşməsi isə 30 iyun 2027-ci ilə qədər idi. “Transfermarkt” oyunçunu 85 milyon avro məbləğində qiymətləndirir.

Qeyd edək ki, Kamavinqa 2021-ci ildə “Renn”dən “Real”a transfer olunub. Bu mövsüm Eduardo Madrid təmsilçisinin heyətində 11 oyun keçirib və 1 qolun ötürməsini verib. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər