“Heç bir baş məşqçi oyundan əvvəl uduzmaq və heç-heçə etmək istədiyini demir”.
“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Estoniya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis bu rəqiblə Bakıdakı görüşün birinci hissəsində yaxşı çıxış etmədiklərini bildirib: “Amma ikinci yarıda tamam fərqli idik. Bu il 13 matç keçirmişik. 6 qələbə qazanmışıq. Avstriya və İsveç kimi güclü rəqiblərə uduzmuşuq. Həmin qarşılaşmalarda böyükhesablı məğlubiyyət bizim üçün dərs oldu. Sabah ilk oyunun ikinci hissəsindəki kimi oynamalıyıq”.
Qeyd edək ki, oktyabrın 13-də Tallində reallaşacaq Estoniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.