• 25 Noyabr 2024 22:35

Vardanyan arvadına zəng edib

Vardanyan arvadına zəng edib

 

Qarabağda separatçılığı maliyyələşdirmə və digər ittihamlarla həbs edilən qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” Ruben Vardanyan oktyabrın 11-də həyat yoldaşına zəng edərək vəziyyətinin normal olduğunu bildirib. 

Tacxeber.com xəbər verir ki, bu barədə onun oğlu David Vardanyan “News.am”a açıqlama verib.

“Dünən və ötən çərşənbə axşamı anama zəng etdi, zəng zamanı mən olmamışam. Dedi ki, vəziyyəti normaldır. Digər təfərrüatlar müzakirə olunmayıb. Darıxdığını dedi” – D. Vardanyan qeyd edib.


Oxşar xəbərlər