• 23 Noyabr 2024 09:08

“Rusiyada məni axtarırlar və oraya aparıla bilərəm…” – Zelenskinin oxşarı

 

“Moskvadan getmək mənim öz qərarım olub. Bunu Vladimir Zelenskiyə hörmət bəslədiyimdən etmişəm…”

“Mən məktəbi yenicə bitirmişdim, siyasət və təbliğat nə olduğunu bilmirdim…”

Zelenskinin oxşarı rusiyalı təbliğatçılar tərəfindən ondan necə istifadə edilməsi cəhdlərindən danışıb

Özbəkistan vətəndaşı, Ukrayna prezidentinin oxşarı kimi tanınan Ümid İsabayev Zelenski ilə görüşüb ona “ürək sözlərini” çatdırmağı arzulayır.

Tacxeber.com xəbər verir ki, bu barədə o, “Главком” saytına verdiyi müsahibəsində danışıb. Məlumatı “gordonia.com” nəşri yayıb.

Jurnalistlərə şərhində İsabayev bəyan edib ki, populyarlıq onun üçün gözlənilməz olub.

“Kiyevə köçməzdən öncə Siz Rusiyada yaşamısınız, lakin hansısa məqamda Moskvadan getmisiniz. Nədən?” – İsabayevə sual ünvanlanıb.

“Moskvadan getmək öz qərarım olub. Bunu Vladimir Zelenskiyə hörmət bəslədiyimdən etmişəm. Onun bütün tarixçəsini bilirəm. Mən onu öz qardaşım kimi sevməyə başlamışam, sonra Moskvadan getmişəm. Ona görə getmişəm ki, mənə filmdə onun rolunu oynamaq təklif edilib, hətta müqavilə də olub, amma mən bundan imtina etmişəm”, – o, etiraf edib.

İsabayevin sözlərinə görə, “ssenarini oxuyandan sonra imtina edib”.

“Ssenari xoşuma gəlmədi. Bu barədə xatırlamaq, danışmaq istəmirəm. Bu, 2019-2020- ci illərdə baş verib, – o, əlavə edib. – Tammiqyaslı müharibənin əvvəlində mən Kiyevdə olmuşam. Özümü təhlükədə hiss edirdim. Lakin mənim Kiyevdən getmək istəyim olmayıb.

Rusiyadan yazdılar ki, məni axtarırlar, Moskvaya dönməyimi istəyirlər. Amma mən istəmirdim. Kiyevdə qalmaq mənim üçün təhlükəli oldu, Özbəkistana da qayıtmaq təhlükəli idi. Rusiyaya isə ümumiyyətlə dönmək olmazdı.

Oxşarlığa görə təhlükəli olub, çünki hamı mənim Zelenskiyə oxşadığımı bilir. Mənə deyirdilər ki, Rusiyada məni axtarırlar və Özbəkistandan da oraya apara bilərlər”.

İsabayev deyib ki, Ukraynaya Rusiyadan 2020-ci ildə “Kvartal 95” studiyasının dəvətilə gəlib.

“Onlar ilə “Facebook” vasitəsilə ünsiyyətdə olmuşam. Onlar dedilər ki, sizin ölkənizi və prezidentinizi rüsvay etməyim və bu şouda iştirak etməyim. Dedilər ki, Ukraynaya gəlim. Bəs, “sənə peşənə uyğun iş tapmaqda kömək edərik”, – o, izah edib.

Rusiya təbliğatının ondan öz məqsədləri ilə istifadə etdiyini anlayırmı sualına İsayev mənfi cavab verib.

O, həmçinin etiraf edib ki, işğal edilmiş Krıma təbliğat filminin çəkilişinə işğalçı ölkə Rusiya tərəfdən daxil olanda Ukrayna qanunlarını pozduğunu bilməyib.

“Mən məktəbi yenicə bitirmişdim. Sonra avtoservisdə rəngsaz işləmişəm. Mən siyasət və təbliğat nə olduğunu bilmirdim…

Bəli, onlar Krımda, Yaltada film çəkmək istəyiblər. Biz oraya getdik, lakin orada mən onlara imtina cavabını verdim”, – Zelenskinin oxşarı əlavə edib.

Kontekst

İsabayev 2019-cu ildə sosial şəbəkələrdə onun Moskva metrosunda əks edildiyi fotosu yerləşdirildikdən sonra Zelenskiyə oxşayan adam kimi geniş populyarlıq qazanıb.

O, Rusiyada təbliğat kanallarına dəvət edilib və ona işğal edilmiş Krımda çəkilən filmdə rol verilib. İsabayev Krıma yollanıb, lakin sonradan çəkilişlərdən imtina edib və Ukraynaya köçüb.

Rusiyanın tammiqyaslı hərbi müdaxiləsindən sonra dostlarının köməyi ilə Polşadan Almaniyaya gedib və hazırda orada yaşayır.

Tacxeber.com

Oxşar xəbərlər