Pakistanın paytaxtı İslamabadda İsrailin Fələstinə hücumuna qarşı etiraz aksiyası keçirilib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, aksiyalar zamanı bir qrup nümayişçi İsrail bayrağını yeyib.
Bir neçə dini qrupun çağırışı ilə paytaxt İslamabadın G-9 bölgəsində toplaşan yüzlərlə motosiklet və avtomobil sürücüsü buradan parlament binasının yerləşdiyi Demokratiya qovşağına hərəkət edib.
Digər tərəfdən nümayişçilər Fələstinlə həmrəylik mesajları da veriblər.