• 20 Sentyabr 2024 19:39

“Gecə həyatım olsun, dostlarımı başıma yığım…” – Lalədən etiraflar

“Gecə həyatım olsun, dostlarımı başıma yığım...” – Lalədən etiraflar

“Mənim ətrafımda heç vaxt çox sayda insan olmayıb. Bunu məni tanıyan hər kəs bilir. Ulduzlara xas gecə həyatım olsun, gedim dostlarımı başıma yığım kimi bir şey heç zaman olmayıb…”

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Mədəniyyət” telekanalında yayımlanan “Yaşananlar” verilişində qonaq olarkən deyib.

O həmişə işi bitdikdən sonra evə tələsdiyini açıqlayıb:

“Hətta buna görə məni qınayanlar da olub. İşim bitib qaçmışam evə. Evdə uşaqlarımın yanında olmaq istəmişəm. Dostum stilist Elnur Həsənov həmişə buna görə məni danlayır ki, “Lalə, axı sən niyə belə edirsən?” İnsanların üstünə atılım, onlarla qaynayım-qarışım kimi bir xüsusiyyətim yoxdur.

Mən kənardan durub insanı seyr etməliyəm, onun ruhunu hiss etməliyəm. Misal üçün, Elnur Həsənovla da bizim münasibətimiz belə oldu. Sonradan onunla çox gözəl və möhkəm dostluğumuz yarandı. Təəssüf ki, yanıldığım dostlarım da var”.

Tacxeber.com

Oxşar xəbərlər