Buna səbəb “The Sun”da edilən məqalə olub. Nüfuzlu nəşr Londonun beşulduzlu otellərindən birində məşhur Premyer Liqa futbolçusunun gizli seks partisi təşkil etdiyini iddia edib. Bu barədə tədbirə gələn qonaqlardan biri danışıb.
Gecəyə modellər dəvət olunub. Onlar maşınla otelə çatdırılıb. Yemək və içki pulsuz olub. Otaqlara girmək üçün otelin arxa tərəfindəki qarajdan keçiblər. İçəri girən şəxslər telefonunu təhvil verməli və məlumatın açıqlanmaması haqqında müqaviləni imzalamalıydılar.
Bildirilir ki, məclisə gələn qızların sayı o qədər çox olub ki, növbə gözləməli olublar. Futbolçular onları otel otaqlarında gözləyib. (Publika)