“Çinin Ukrayna məsələsində təklif etdiyi “sülh planı” realdır və nizamlanma üçün əsas ola bilər”.
Tacxeber.com “China Media Corporation”a istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir müsahibəsində deyib.
“Biz bu təklifləri (“sülh proqramı” – red.) yüksək qiymətləndiririk. Hesab edirəm ki, onlar kifayət qədər realdır, istənilən halda sülh sazişləri üçün əsas kimi istifadə oluna bilər”, – Putin bildirib.
Eyni zamanda Rusiya rəhbəri qeyd edib ki, Kiyev Moskva ilə heç bir danışıq aparmaq istəmir, ona görə də məhz Ukrayna tərəfi danışıqlara hazır olduğunu bəyan etməlidir.
“Biz, o cümlədən çinli dostlarımızın təkliflərindən yararlanmağa hazırıq”, – Rusiya lideri vurğulayıb.
Xatırladaq ki, Pekin “sülh planı”nı bu ilin fevralında təqdim etmişdi. Müvafiq plan 12 nöqtədən ibarətdirdir. Plana atəşkəs rejiminin yaradılması, sülh danışıqlarının aparılması, birtərəfli sanksiyaların dayandırılması və s. daxildir.
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Çinin təklifləri sülh planı deyil, onların müharibə haqqında düşüncələrinin ifadəsidir. Eyni zamanda ABŞ prezidenti Co Bayden Çinin planının yalnız Rusiyaya sərfəli olduğunu açıqlayıb.