• 26 Noyabr 2024 05:40

Soyuqdəymə ilə səhv salınan xərçəng növü – Görünməz simtpomu

 

Bu simptomu xəstələrin yarıdan çoxu hiss edir, lakin əhəmiyyət vermir Hətta onu soyuqdəymə, yorğunluqla, tükənmə ilə səhv salırlar.

“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyev leykemiyanın gizli simptomları barədə xəbərdarlıq edib.
“Leykemiya qan xərçənginin tipidir. Görünməz simptomlar verə bilər. Bu dəyişikliyi isə yalnız xəstə özü hiss edə bilər.

Ən çox rast gəlinən simptomu yorğunluqdur. 50% xəstələr həddən artıq yorğunluq, tükənməni hiss edir. Bu yorğunluq istirahətlə keçmir və uzun müddətdir davam edir. Yorğunluq hər hansı infeksiya, qrip və stressdə də olur.

Ona görə keçməyən yorğunluqda mütləq terapevtə müraciət edin. Siz öz bədəninizə etibar etməlisiz. Əgər hiss edirsizsə, bu adi yorğunluq deyil, hətta başqa simptomunuz olmasa belə qan analizləri verin. Qan analizi leykemiyanın diaqnozu üçün ən dəqiqdir.

Yanaşı olaraq, bu əlamətlər ola bilər.

– Bədəndə qançır, göyərmə, qansızmaların yaranması
– Qanaxmanın olması və gec dayanması
– İnfeksiyalar ağır və uzun keçir
– Qızdırma, 37 dərəcədə dayanan qızdırma

– Limfa düyünlərinin qoltuq, boyun və qasıqda şişməsi qaşınması
– Özünü əzgin hiss etmək
– Çox güclü gecə tərləmələri

– Bədənin müəyyən yerlərində düyün şişkinlik
– Dərinin dəyişməsi
– Rəngin avazıması

Tacxeber.com

Oxşar xəbərlər