• 26 Noyabr 2024 05:41

Ürək xəstələrinə səhər bu yeməklər olmaz.

Səhərlər ənənəvi olaraq, hazırlanan yeməklər ürək-damar problemləri olanlar üçün zərərlidir.

“Medicina” xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux ürək xəstələri üçün uyğun olmayan səhər qidalarını açıqlayıb.

“Blinçik, qayğanaq, kolbasa, mürəbbə, içliki pirojki arterial təzyiqi olan insanlara olmaz. Bu qidalardsa yüksək xolesterin var, bu da damarların vəziyyətini daha da pisləşdirir.

İnfarkt və insult riskini azaltmaq üçün heyvani yağ, piy mənşəli qidaları, mağaza şirniyyatlarını və şirin içkiləri, qızartma yeməkləri və duzu azaltmaq lazımdır.

Ürək xəstələri səhərlər və gün boyu tam taxıl, lifli qidalar, toyuq əti, tərəvəz, alma, qoz, qarabaşaq, süd məhsulları və giləmeyvələr, faydalı sıyıqlar yeməlidir.

Məsələn, səhərlər bir qab tərəvəz, göyərti salatı, suda bişmiş yumurta, qara çörək, təbii yoqurt, sıyıq və adi çay yetərlidir”.

Tacxeber.com

Oxşar xəbərlər