Barmaqlarını, dizini, boynunu gəncliyindən “sındırıb” şaqqıldadıb, bununla rahatlıq tapmaq əslində, zərərli vərdişə çevrilir.
“Medicina” xəbər verir ki, cərrah ortoped Maykl Berr barmaqları şaqqıldatmağın gələcəkdə oynaqlarda maye, iltihab əmələ gətirməsi barədə suala cavab verib.
“Oynaqları şaqqıldatmaq və ya onlardan səs gəlməsi ilə revmatizm, artrit və digər xəstəlik arasında əlaqə yoxdur. Bir çox tədqiqatlar ehtimal edir ki, oynaqların aralanması, boşalması ödemə və əllərin zəifliyinə səbəb ola bilər. Amma bu fikri də birbaşa təsdiqləyəcək tədqiqat yoxdur.
Bəs bu qəribə səslər, şaqqıltılar hardan, niyə gəlir?
Bu səsləri izah edən 2 tibbi səbəb var. Birincisi oynaq daxili mayedir. Onun içində partlayan qabarcıqlarə. qazlar olur.
İkinci versiya – oynaq ətrafı bağların hərəkət zamanı çıxardığı səsdir.
Necə əmin olaq ki, oynaqları qırmaq zərərsizdir?
Kaliforniyalı həkim öz üzərində eksperiment aparıb. O, uzun müddət müntəzəm olaraq, az qala hər gün bir əlindəki barmaqlarını şaqqıldadıb. Digər əlinə isə toxunmayıb. Müəyyən müddətdən sonra rentgen çəkdirərək, şaqqıldatdığı əl və oynağında heç bir dəyişiklik görməyib.
Lakin 1990-cı ildə aparılmış elmi işdə sübut olunub ki, 74 nəfər müntəzəm barmağını şaqqıldadan insanda əllər və barmaqlar daha çox şişib, nəinki 226 nəfər heç toxunmayanda. Amma hər iki qrupda artritə rastlanma eyni dərəcədə idi.