Oktyabr bütün dünyada süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Hər kəs bu ayda xüsusilə erkən müayinələrə çağırılır.
“Medicina” xəbər verir ki, mammoloq Viktor Fedoseykin “xərçəng ağrımır, ağrını gözləməyin” deyərək, bir daha ilk
əlamətlərə diqqət çəkib:
“Deyirlər, xərçəng ağrımır, ağrı varsa, xərçəng deyil. Bu da doğru deyil. Süd vəzi xərçəngində ümumiyyətlə, heç bir simptomu gözləmək olmaz. Ağrı var, yoxdur, bu heç nəyə zəmanət deyil.
Süd vəzilərində ağrı hər ay estrogen və progesteron hormonunun artması və azalması səbəbindən süd vəziləribninh ağırlaşıb, daha həssas olmasından qaynaqlana bilər.
Əgər ağrı menstruasiya tsiklindən asılı olmayaraq, daim varsa, ağrı kəskin və qeyri-adidirsə, yaxşı olar ki, mammoloqa müraciət edəsiz.
Əksər hallarda bu mastopatiya və fibriomadan ola bilir.
Mastit və infeksiyalar zamanı süd vəzi isti olur, qızarır, ağrı verir. Bu zaman antibiotik müalicəsi olunur.
Oral kontraseptivlər, hormonal dərmanların təsirindən də süd vəzləri ağrıyır.
Eləcə də onurğa, əzələ, ostexondroz problemlərində də sinirlərin sıxılması səbəbindən ağrı sinəyə vura bilər.
Süd vəzlərini yoxlatmağa əsas verən ikinci simptom – süd vəzilərində bərkimə, əllə hiss olunan şişkinlikdir. Bu həyəcan siqnalıdır. Əksər bərkimələr xoşxassəli olur, amma ehtiyatlı olmaq lazımdır.
Bəzən dərinin altında hərəkət edən top kimi forma lipoma və piy vəzi də ola bilər. Kistlər də əllə hiss olunur, onların içi maye ilə dolu ola bilər. Kistlər mütləq morfoloji analiz olunmalıdır.
Fibroadenoma – bir neçə millimetrdən bir neçə santimetrədək olan xoşxassəli şişlərdir. Hormonal pozuntu və disfunksiya səbəbindən yaranır. Onlar da ildə 2 dəfə nəzarətdə, müayinədə olmalıdır”.