Azərbaycanlılara qarşı soyqırımı və digər ağır cinayətlərdə ittiham olunaraq bu gün hakim qarşısına çıxarılan Vaqif Xaçatryanın məhkəməsində Eldar Rəfi oğlu Salmanov zərərçəkmiş şəxsin nümayəndəsi kimi çıxış edib.
Oxu.Az bildirir ki, E.Salmanov Vaqif Xaçatryanın azərbaycanlılara qarşı qətliamlarda iştirak etdiyini təsdiqləyib.
“İçəridən çıxanı güllələyirdilər, qızlar içəridə ah-nalə içində yandılar”, – deyə şahid Vaqif Xaçatryanın dəhşətli cinayətləri haqqında danışarkən bildirib.