• 26 Noyabr 2024 08:31

“Yaqut pis yollara düşmüşdü” deyən Əli Mirəliyev üzr istədi – Video

“Yaqut pis yollara düşmüşdü” deyən Əli Mirəliyev üzr istədi - Video

Müğənni Yaqut Həşimovanın ötən gün həyat yoldaşı tərəfindən qətlə yetirilməsindən sonra onun duet ortağı və müəllimi olan Əli Mirəliyevin mərhum haqda verdiyi açıqlama qalmaqal yaratdı. 

Əli Mirəliyev canlı efirdə Yaqutun başqa yollara düşdüyünü, içib ona dəfələrlə zəng vurduğunu iddia edib.

Yenisabah.az xəbər verir ki, çoxsaylı tənqidlərdən sonra 73 yaşlı müğənni efirə çıxaraq üzr istəyib.

Bu barədə teleaparıcı Elgiz Əkbər məlumat verib:

“Əli Mirəliyev efirə çıxaraq üzrxahlığını etdi. Dedi ki, üzr istəyirəm, məni bağışlasınlar”.

“Bacı, Allah Yaquta rəhmət eləsin. Bu xəbər məni sizdən daha çox incidir. Çünki Azərbaycan musiqisinin gözəl müğənnisini itirmişik. Mənim ona böyük ümidlərim vardı. Ən çox zərbə mənə və musiqimizə dəydi. Allah rəhmət eləsin, üzr istəyirəm. Mənə içkili zəng vuran kişidi idi, Yaqut yox, mən onu nəzərdə tuturdum. Allah məni bağışlasın…” -, deyə Ə.Mirəliyev mərhumun anasından üzr istəyib.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər