• 22 Sentyabr 2024 02:57

Öldürülən müğənninin ailəsi Mirəliyevi məhkəməyə verir: “Bacıma pul borcludur”

Öldürülən müğənninin ailəsi Mirəliyevi məhkəməyə verir: “Bacıma pul borcludur”

Əli Mirəliyev bacıma külli miqdarda pul borcludur – Yaqut Nərimanın bacısından

Əri tərəfindən qətlə yetirilən müğənni Yaqut Nərimanın bacısı Şəlalə İsgəndərova efirdə mərhum bacısı haqda danışan Əli Mirəliyevi tənqid atəşinə tutub. 

Tacxeber.com xəbər verir ki, “Səni Axtarıram” verilişində qonaq olan Şəlalə İsgəndərova Əli Mirəliyevi məhkəməyə verəcəyini açıqlayıb:

“Əli Mirəliyevi başqa telekanallardan efirə qoşdular, dedi ki, Yaqut yolunu azmışdı, içkili olurdu. Sonra çıxıb anamdan, məndən üzr istəyir, amma mən onu məhkəməyə verəcəyəm! O, üzr istəsə belə xeyri yoxdur. Mən bu məsələnin sonuna qədər gedəcəyəm. Əli Mirəliyev dəfələrlə şou-biznesdəkiləri təhqir edib sonra çıxıb üzr istəyib və ayağı yer alıb. Amma bu xəmir o xəmirdən deyil! Mənim bacım ismətli qadın olub, əgər o boşansaydı, içki düşkünü olsaydı, deyərdim Əli Mirəliyev düz deyir. O, 10 il əvvəl əməliyyat keçirimişdi, heç içki içmək də olmazdı. İstəsəydi belə içki içə bilməzdi. 12 saatlıq açıq beyin əməliyyatı keçirmişdi.

Əgər bacım əməliyyat vaxtı dünyasını dəyişsəydi mənə bu qədər təsir etməzdi, amma öz ərinin əli ilə qətlə yetirildi. Yaqut bu cür ölümə layiq deyildi. Belə bir vəziyyətdə Əli Mirəliyevin verdiyi açıqlama mənim ürəyimi dağladı. O, qanun qarşısında cavab verəcək”.

O, Əli Mirəliyevin Yaqut Nərimana külli miqdarda pul borclu olduğunu iddia edib:

“Əli Mirəliyev mənim bacıma külli miqdarda pul borcludur. Sənə verilən pulların qədərini mən bilirəm! 75 yaşın var, heç olmasa, bir dəfə dürüst ol. Zəng edirdi ki, maşınım xarab olub, maşın bazarının yanındayam mənə 100 manat lazımdır, Mərdəkana bağa gedirəm, bazarlıq eləməyə kömək et. Arvadı ilə ayrı yaşayırlar, arvadının yanına gedəndə bazarlıq üçün pulu belə Yaqutdan alırdı. Heç bir kanal mənim bacımdan pul alıb efirə çıxarmayıb, amma Əli Mirəliyev bacımı özü ilə efirə çıxaranda sonradan ondan pul tələb edib. Sən mənim qarşımda dayana bilməyəcəksən!

Sən bacıma imkan vermirsən ki, yerində rahat yatsın. Sosial şəbəkələrdə bacım haqqında ağızlarına gələni yazırlar. Bəzisi Əli Mirəliyevə söyür, bəzisi mənim bacımı söyür. Axı Yaqutun bir günahı yoxdur. Niyə mənim bacım təhqir olunmalıdır?!

Əli Mirəliyev çıxıb deyir ki,sənətdə Yaquta dəstək olmuşam. Hansısa efirə özü ilə bərabər Yaqutu da çıxarmaq dəstəkdirsə, o dəstəyin pulunu mən özüm cibimdən çıxarıb sənə vermişəm! Karta atdığım pulların hamısının çekləri mənim əlimdədir!

Efirdə deyir Yaqut içki düşkünü idi, sonra başqa efirdə deyir ki, mən o sözü əri haqda demişdim. Hansına inanım?! Sən mənim ürəyimə yara vurdun!”

Sözügedən kadrları təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər