Ucarda yerli məmurlar rayonu NECƏ ÇÖKDÜRÜR… – İTTİHAM VAR…
DİA.AZ: – “Ucar rayonuda həyat iflic olub.Bunun isə başlıca səbəbi rayon rəhbərliyinin yarıtmaz fəaliyyətidir. Belə ki, Ucar rayon Kommunal Müəssisəsləri Kombinatının (komxozun) 400 nəfərdən çox işçisi var.Təxminən 70 nəfər komxozun işçisidir, qalan şəxslər isə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında orada işləyir.
Bu qədər işçisi olan idarə balaca ərazisi olan Ucar şəhərini təmizləyə bilmir ki, buna görə rayon zibillik içindədir”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: “Çünki işçilərin əksəriyyəti aylıq haqq verib işə gəlmədən hər ay maaş alırlar.400 nəfərdən çox işçinin təxminən 350 nəfəri işə gəlmir hər ay 150-200 manat arası aylıq haqq verirlər.Həmin pullar komxozun müdiri tərəfindən icra başçısının müavini Vaqif Mehdiyevə (çünki idarəyə nəzarət ona tapşırılıb) çatdırılır.
Həttda idarəyə işçilərin davamiyyətini yoxlamağa gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarınada aylıq haqq verilir.Bu səbəbdəndir ki, bu qanunsuzuq barədə tədbir görülmür deyə Ucarda ara qarışıb məssəb itib.Günlərlə zibillər yığılmır, küçələr təmizlənmir.Antisanitariya baş alıb gedir, insanların sağlamlıqları ciddi təhlükə altındadır.Rayona gələn qonaqlar təcüblənib soruşurlar ki, Ucar hansı respublikanın rayonudur ki, belə nəzarətsiz qalıb.