• 22 Sentyabr 2024 13:36

Uşağı sıx bələməyin onun sağlamlığına təsirləri açıqlandı

 

Uşağı iki formada: sıx və yarım bələmək olar. Sıx bələmənin bir sıra yan təsirləri var.

Tacxeber.com xəbər verir ki, bu sözləri Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının sahə həkimi Həmidə Quliyeva deyib. O, sıx bələmənin mənfi təsirlərini aşağıdakı kimi sadalayıb:

-qan dövranı pozğunluğu;
-bud-çanaq oynağının displaziyası;
-hipertermiya;
-yuxarı tənəffüs yollarının infeksiyaları, hətta pnevmaniyaya gətirib çıxara bilər;
-döş qəfəsinin hərəkət məhdudluğu;
-tərləmə və bunun nəticəsində körpənin dərisində yaranan bişməcə və səpgilər;
-körpənin dərisinə günəş şüası təsir etmədiyi üçün raxit inkişaf edə bilər.

Həkim-pediatrın sözlərinə görə, yarım bələmədə körpə özünü daha güvəndə hiss edir:

“Yarım bələmə körpənin əl və ayaqlarının qeyri-ixtiyari hərəkətlərinin qarşısını almaqla, onun yuxuya getməsinə köməklik edir, hipotermiyanın qarşısı alınır”.

Mütəxəssis körpənin 2 ayına qədər hərəkətlərini tam məhdudlaşdırmamaq şərti ilə yarım bələməyin məqsədəuyğun olduğunu tövsiyə edir.

Tacxeber.com

Oxşar xəbərlər