ABŞ Prezidenti Co Bayden Qəzza zolağındakı və İordan çayının qərb sahilindəki mülki şəxslərə 100 milyon dollarlıq humanitar yardım göstərilməsi barədə göstəriş verib.
“Bu gün mən həmçinin Qəzzaya və İordan çayının qərb sahilinə əlavə 100 milyon dollarlıq humanitar yardımın ayrılmasını elan edirəm ki, bu da bir milyondan çox məcburi köçkün olan fələstinliyə kömək edəcək”, – deyə ABŞ lideri Təl-Əvivdə mətbuat konfransı zamanı bildirib.
Xatırladaq ki, daha əvvəl Bayden İsrailə gəlib. Ağ Evin məlumatına görə, prezident təyyarəsi yerli vaxtla saat 10:51-də (Bakı vaxtı ilə 11:51 – red.) İsrailin Ben Qurion hava limanına enib.