Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsraildə yaşayan Rusiyanın Xalq artisti Alla Puqaçova oranı tərk edəcək.
Axşam.az xəbər verir ki, bu haqda «7 Дней» nəşri məlumat yazıb. Bildirilib ki, müğənni Rusiyaya qayıtmaq qərarı alıb.
Buna səbəb Allanın həyat yoldaşı, şoumen Maksim Qalkinin Avropa şəhərlərinə qastrol səfərinə getməsi və buna görə də övladları ilə İsraildə tək qalmaq istəməməsi olub.
Musiqi tənqidçisi və prodüseri Pavel Rudçenkonun sözlərinə görə, artıq Alla çamadanlarını yığıb və Moskva yaxınlığındakı malikanəsində qalmağı planlaşdırır.
Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüb.