Erməni bloger qondarma Qarabağ rejiminin qorunub saxlanması, onlara maliyyə vəsaiti ayrılmasına kəskin etiraz edərək od püskürüb.
Tacxeber.com xəbər verir ki, erməni bloger Armen Baqdasaryan daşnakların və Qarabağdan Ermənistana sığınan Qarabağdakı xunta rejiminin qondarma qurumumun ayaqda qalması ilə bağlı sərsəm açıqlamalarına kəskin şəkildə etirazını bildirib.
Baqdasaryanın sözlərinə görə, daşnaklar 35 il ərzində Qarabağ və əsgərlər adına yüz milyonlarla vəsaiti mənimsəyib xarici ölkələrdə özlərinə təmtəraqlı həyat qurublar. “Ona görə də daşnakların bundan sonra bizə ağıl verməsinə ehtiyac yoxdur.
İkincisi, artıq Qarabağ hakimiyyəti artıq yoxdur. Onlar özləri özlərini ləğv edərək buraxıblar”, – o qeyd edib.
Baqdasaryan əlavə edib ki, artıq Ermənistanın belə saxta məmurlara aidiyyəti yoxdur: “Bunlar 35 il müddətində Ermənistan büdcəsindən pul alıblar. Bu özü səhv idi. Bu səhvi davam etdirmək olmaz”.
Baqdasaryan qondarma Qarabağ xunta rejiminin rəhbərlərinin hamısını cinayətkar, narkoman, yaramaz adlandırıb: “Bu narkoman, cinayətkar, dələduz, yaramazlar 35 il ərzində Ermənistan büdcəsindən və diasporundan ayrılan vəsaitləri soyub talayıblar. Bu insanların mütləq əksəriyyəti məsuliyyətə cəlb olunub həbs edilməlidirlər. Barmaqlıqlar arxasında yatmalıdırlar.
Mən başa düşə bilmirəm ki, Ermənistanın Baş prokurorluğu hara baxır? Niyə onları həbs etmir? Qondarma rejimin rəhbərlərinin İrəvanda çoxsaylı obyektləri var. Birinin isə nə az nə çox düz 48 obyekti var. Bizim cibimizdən gedən pullar hesabına varlanan saakyanların, harutyunyanların övladları həmin pullar hesabına İrəvanda rahat yaşayırlar. İndi yenəmi onlara pul ayırmaqlarımızı istəyirlər?! Bu, ədalətszilikdir.
Prokurorluq niyə indiyədək Ermənistandan dövlət krediti alan Qarabağ rejiminin rəhbərlərindən hesab sormur ki, bu pullar hanı? Kimsə buna cavabdelik daşmalıdır, ya yox…
Ermənistanda ehtiyacına görə bir inəyi oğurlayan cəzalandırılır, amma Ermənistan dövlət büdcəsindən ayrılan pulları mənimsəyən narkobaron İrəvan küçələrində sərbəst dolaşır və onu həbs edə bilmirik. Nəyə görə bu quldurlar İrəvan küçələrində sərbəst gəzməlidir və niyə onların bu rahat hərəkətinə imkan verməliyik?! Təklif edirəm ki, onların hesabları dondurulmalı və büdcəyə yönləndirilməlidir. Onlar əvvəlcə həbsdə yatıb layiqli cəzalarını çəkməlidirlər. O quldur dəstəsi döşəmə, qab-qacaq yumalı, üzüm toplamalıdır. Artıq yetər, qaraçı kimi başqasının hesabına yaşamaq. Ermənistanın hesabına yaşamaq yetər. Kimsə sizə borclu deyil. Susun artıq.
Ermənistanda yaşamaq istəyirsinizsə, bir vətəndaş kimi qanunlara tabe olub onun tələblərinə uyğun yaşamalısınız. Başqa fikirləri beyninizə gətirməyin. Yetər artıq…”