Qəzzadakı bombalamadan sonra fələstinli həkimin qorxudan titrəyən uşağı qucaqladığı anlar sosial şəbəkələrdə viral olub.
Tacxeber.com xəbər verir ki, müharibənin təsirindən ağır travma alan uşaqların görüntüləri son günlər sosial şəbəkələrin gündəmindən düşmür.
Bu dəfə azyaşlının qorxudan titrədiyi, həkimin onu qucaqlayaraq sakitləşdirməyə çalışdığı anlar ürəkləri dağlayıb.
Belə ki, fələstinli həkim bomba səsindən qorxaraq titrəyən uşağı qucaqlayaraq sakitləşdirməyə çalışıb. Qorxusundan danışa bilməyən uşaq həkim onu qucaqladığı zaman hönkürə-hönkürə ağlamağa başlayıb.