• 24 Noyabr 2024 08:04

Türkiyəli nazir: “Qadınların cəmiyyətdə daha güclü yer almaları üçün Azərbaycanla çalışmağa davam edəcəyik”

Türkiyəli nazir: “Qadınların cəmiyyətdə daha güclü yer almaları üçün Azərbaycanla çalışmağa davam edəcəyik”

 

“Türkiyədə qadının güclənməsi, hüquqlarının qorunması, zorakılığın və istismarın aradan qaldırılması istiqamətində lazımi bütün hüquqi işlər həyata keçirilib”.

Bnun Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyədə daha sağlam ailələr və təhsilli qadınlar üçün işlər davam edirlər:

“Görülən işlər sayəsində 2023-cü ildə keçirilən parlament seçkisində qadınların sayı 19 faizə çatmışdı. Düzdür, bu rəqəm yetərli deyil və qadınların sayının artırılması istiqamətində çalışacağıq”.

M.Ö.Göktaş qeyd edib ki, qadına şiddətin qarşısının alınması başda olmaqla, onların bərabər hüquqlardan yaranması təkcə Türkiyənin deyil, dünyanın diqqətindədir.

“Bu istiqamətdə Türkiyə son illərdə böyük yol qət edib. Azərbaycanla ailə, qadın və uşaq sahəsində işlərə böyük önəm veririk. İki ölkə arasında imzalanan protokollara uyğun olaraq seminarlar keçiririk. Qadınların cəmiyyətdə daha güclü yer almaları, şiddətlərin qarşısının alınması üçün Azərbaycanla çalışmağa davam edəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər