Tacxeber xarici mediaya istinadən xəbər verir ki, Nigerdə üsyançıların sözçüsü, polkovnik Amadu Abdraman devrilmiş prezident Məhəmməd Bazumun həbsdən qaçmağa cəhd göstərdiyini bildirib.
Abdramanın sözlərinə görə, keçmiş lider ailəsi, iki aşpaz və mühafizəçisilə birlikdə Niamey şəhərinin kənarındakı sığınacağa qaçmağa çalışıb.
Xatırladaq ki, Nigerdə iyulun 26-da çevriliş baş verib və Bazum devrilib. (Publika)