Həm sağlam quruluşu, həm də kəskin qoxusu ilə qidalanma vərdişlərimizə daxil olan ləzzətli sarımsaq, düzgün istehlak edildikdə təbii antibiotik rolunu oynayır. Ancaq sarımsaq düzgün şəkldə istehlak edilməsə, fəsadları yarana bilər.
Təbii antibiotik olan sarımsaq bizi bir çox xəstəlikdən qoruduğu üçün qida rasionuna daxil edilməli bir qidadır. Ancaq sarımsağı yanlış şəkildə istehlak etdikdə ondan faydalanmaq sadəcə xəyala çevrilir.
Sarımsaq istehlakı ilə bağlı bəzi ümumi yanlış fikirlər bunlardır:
Sarımsağı istehlak edərkən ən çox yayılmış səhvlərdən biri onu bütünlüklə udmaqdır. Təbii antibiotik olan sarımsağın qəbulu tərkibindəki müəyyən fermentlərdən faydalanmağı mümkünsüz edir. Sarımsağı həb kimi udmaq, yalnız əzildikdə və ya çeynədikdə ifraz olunan allisin fermentinin əmələ gəlməsinin qarşısını alır. Bu ferment antibiotik təsirini gücləndirdiyindən və xəstəliklərdən qoruduğundan, sarımsağı qəbul edərkən yeməklərə əlavə etsəniz, əzmək lazımdır. (Publika)