Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İsrailin Fələstinə hücumlarının 24 saat ərzində dayanmayacağı təqdirdə Türkiyəni Qəzza zolağı ətrafındakı vəziyyətə müdaxilə etməyə çağırıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Türkiyə təcili addım atmalıdır. Qəzzanı müdafiə etmək əcdadlarımızın mirasıdır”, – Baxçalı deyib.
Onun sözlərinə görə, Türkiyə “tarixi, humanitar və dini məsuliyyətinə görə lazım olan hər şeyi etməlidir”. (Publika)