Rusiyanın Qafanda Baş Konsulluğunun yaradılması ilə bağlı Ermənistanla razılaşması, münasibətlərin pisləşməsinə baxmayaraq, qüvvədə qalır.
Bu barədə “RİA Novosti”yə Rusiya XİN-in konsulluq departamentinin direktoru Aleksey Klimov məlumat verib.
“Rusiyanın Qafanda Baş Konsulluğunun yaradılması planlarında heç bir dəyişiklik baş verməyib. Onun açılması ilə bağlı Ermənistan tərəfinin razılığı qüvvədə qalır. Bu konsulluq qurumunun fəaliyyətə başlaması üçün konkret tarixlər barədə əlavə məlumat verəcəyik”, – deyə o bildirib. (Publika.az)