• 23 Sentyabr 2024 16:25

“Dayanacaq yeri 40 manatdır” – Tolik şikayətləndi.

Aparıcı Tarix Əliyev ötən gün aparıcı Acun Ilıcalının konsertinə gedərkən yaşadığı problemdən bəhs edib.

O, məkanda maşın saxlayarkən başına gələn hadisəni instaqramında bölüşüb:

“Bakı Konqres Mərkəzində qanunlardan baş açmaq olmur. Şəhərin mərkəzində insanları bu qapıdan o qapıya, o qapıdan da bu qapıya göndərirlər. VİP dayanacaq üçün yer 40 manatdır. Yığdım ki, 430 manatlıq 2 ədəd biletim var, dayanacaq yerini özüm almaq istəyirəm. Dedilər, əlavə bilet almalısan. Bu, nə qanundur yaradıblar? Arxa qapıdan keçmək üçün də əlavə pul ödəməlisən. Altıncı sıraya biletim olduğu halda sürətli keçiddən keçməyə icazə yox imiş”. (Axşam)

Tacxeber.com

Oxşar xəbərlər