“Qarabağ” nə vaxt Xankəndidə meydana çıxacaq? Gündəm İdman 23 Oktyabr 2023 16:52 113 “Qarabağ”ın bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcəyi ilə bağlı rəsmi məlumat yoxdur. Bunu Axar.az-a açıqlamasında “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib. AFFA-nın mətbuat katibi Elnur Məmmədli də qurumda bu barədə rəsmi məlumatın olmadığını bildirib: “Qarabağ”ın oyunlarının Xankəndidə keçirilməsi ilə bağlı hər hansısa göstəriş verilməyib. Bu barədə rəsmi məlumatımız yoxdur”. Qeyd edək ki, “Qarabağ”ın bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndidə keçirəcəyi ilə bağlı məlumat yayılmışdı. Tacxeber.com