• 24 Noyabr 2024 05:31

Tanınmış idmançı İlyas Yakubov paylaşımına görə həbs olundu

 

Tanınmış MMA döyüşçüsü İlyas Yakubov terrora haqq qazandırmaqda təqsirləndirilərək dekabrın 11-dək həbs edilib.

Tacxeber.com xəbər verir ki, o, Rusiyanın Naqatinski məhkəməsində idmançı olduğunu və cinayət törətmədiyini bildirib.

Yakubov dünən günortadan sonra hava limanında saxlanılıb – o, Əbu-Dabidən Moskvaya uçub.

Cinayət işi instaqramda çeçen Şamil Basayevin sitatlarına əsaslanan paylaşıma görə başlanıb.

Həbs olunmazdan bir qədər əvvəl federal axtarışa verilib.

Oktyabrın 27-də o, Vyaçeslav Vasilevskiyə qarşı döyüşməli idi, lakin idmançı saxlanıldıqdan sonra görüş ləğv edilib.

Tacxeber.com

Oxşar xəbərlər