Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start veriləcək.
Tacxeber.com xəbər verir ki, A, B, C və D qrupunun oyunları keçiriləcək.
A qrupunda yer alan “Qalatasaray” Türkiyədə Almaniyanın “Bavariya” klubunu qəbul edəcək. Qrupun digər matçında “Mançester Yunayted” “Kopenhagen”i sınağa çəkəcək.
C qrupunda “Real Madrid” səfərdə “Braqa” ilə üz-üzə gələcək. Qrupun digər görüşündə “Union” Almaniyada “Napoli”ni qəbul edəcək.
D qrupunda yer alan turnirin son finalçısı “İnter” “Zaltsburq”u sınağa çəkəcək. B qrupunda “Arsenal” “Sevilya”nın qonağı olacaq.