• 25 Noyabr 2024 01:01

“Sağalmağım möcüzədir, öləcəyimi düşünürdülər”

 

Amerikalı məşhur müğənni Madonna yayda təcili xəstəxanaya yerləşdirildikdən sonra sağalmasını möcüzə adlandırıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi “Celebration” turu çərçivəsində Belçikada verdiyi konsert zamanı danışıb:

“Dörd ay əvvəl xəstəxanada huşsuz vəziyyətdə uzanırdım və insanlar öləcəyimi düşünürdülər. Mənim indi burada olmağım, sağalmağım möcüzədir. Özümü hələ də pis hiss edirəm. Amma şikayətlənmirəm. Dəstəyə görə ailəmə və pərəstişkarlarıma təşəkkür edirəm”.

Qeyd edək ki, sənətçi iyunda ciddi bakterial infeksiya səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. O, səhhətində yaranan problemlərə görə qastrol səfərini təxirə salmışdı.

Tacxeber.com

Oxşar xəbərlər