• 24 Sentyabr 2024 02:27

“Qarşıda komandamızı üç ağır matç gözləyir. Ancaq ən çətini sabah “Qarabağ” ilə keçirəcəyimiz oyundur”. – Xabi Alonso

“”Qarabağ”la oyunda qalib gəlmək bizim üçün çox vacibdir.”

Bu sözləri Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” ilə keçiriləcək oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis bildirib ki, əsas məqsəd sabahkı oyunda qələbə qazanmaqdır: “Bütün oyunçularımız formadadır. Qarşıda komandamızı üç ağır matç gözləyir. Ancaq ən çətini sabah “Qarabağ” ilə keçirəcəyimiz oyundur. Çünki hər iki komandanın 6 xalı var. Rəqibin təcrübəli oyunçuları var. Qalib gəlsək, demək olar ki, qrupdan çıxacağıq. Buna görə də mümkün qədər mübarizə aparmalı və irəliləməliyik”.

Xatırladaq ki, oktyabrın 26-da “Bayıl Arena”da baş tutacaq “Bayer” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Tacxeber.com

Oxşar xəbərlər