• 25 Noyabr 2024 09:20

Xərçəng sahəsində inqilab – Türk alimlərdən sevindirən xəbər

“Biontech”in qurucuları türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəngə qarşı peyvənd hazırlayıblar.

Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, cütlük bu günlərdə CARVac xərçəng peyvəndinin ilk tədqiqat nəticələrini açıqlayıblar.

Məlumata görə, bu peyvənd xərçəng şişlərinin böyüməsini azalda və hətta şişləri kiçildə bilər.

Yeni peyvənd 44 xəstəyə dörd doza səviyyəsində tətbiq edilib. İki dozanın tətbiqindən sonra əldə edilən nəticələrə görə, üzərində sınaq aparılan şəxslərin 59%-də şişlər azı 30% kiçilib.

Demək olar ki, 44 nəfərin 95%-də isə peyvənddən sonra xərçəng şişləri stabil qalıb. Bu da peyvəndin şişin böyüməsini dayandırdığını göstərir.

Peyvəndin 4 dozası vurulduqdan sonra xəstələrdə uğurlu nəticə nisbətən aşağı olub. Belə ki, peyvənd vurulan xəstələrin 45%-də şişlər 30% kiçilib, bütün xəstələrin 74%-də isə stabil qalıb.

Əlavə təsirləri nələrdir?

Peyvəndin tətbiqi zamanı 44 xəstədən 23-də dozadan asılı olaraq iltihablı reaksiyaların artması müşahidə edilib. Əksər hallarda qızdırma və aşağı qan təzyiqi müşahidə olunub. İki xəstə uzun müddət davam edən simptomlar müşahidə edilib, hətta xəstələrdən birinin həyati təhlükəsi olub.

“Biontech” 2030-cu ilə qədər 10 minə qədər xərçəng xəstəsini müalicə etməyi hədəfləyir.

Tacxeber.com

Oxşar xəbərlər