AB 2024-cü ilin martına qədər Ukraynaya bir milyon artilleriya mərmisi ötürmək planından geri qalır.
Bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, bu müddətin yarıdan çoxu artıq keçib, lakin planın cəmi 30%-i yerinə yetirilib.
AB-yə üzv olan bir neçə dövlət bu müddətin uzadılması üçün blokun xarici siyasət şöbəsinə xüsusi müraciət edib. Eyni şəkildə, 2024-cü ildə öz istehsalını ildə təxminən 1 milyon mərmiyə çatdırmağı hədəfləyən ABŞ AB-ni səylərini gücləndirməyə çağırıb.
Bundan əlavə, bildirilib ki, İsraillə HƏMAS arasında münaqişə Ukraynaya silah tədarükü üçün əlavə risklər yaradır. (Axar)