• 08 İyun 2025 14:11

Bolqarıstanın ən böyük sursat zavodunda partlayış – Yaralılar var

 Bolqarıstanın ən böyük sursat zavodunda partlayış – Yaralılar var
Paylaş

 

Bolqarıstanın ən böyük silah-sursat istehsalı zavodu olan Vazovski Maşınqayırma Zavodunda partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bolqarıstanın BNT telekanalı məlumat yayıb.

Partlayış nəticəsində iki işçinin yaralandığı bildirilir.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, partlayışa səbəb partlayıcı maddələrlə işləyərkən maşın presindəki texniki nasazlıq olub.

Tacxeber.com

Oxşar xəbərlər