Fələstin lideri Mahmud Abbas yaxın vaxtlarda Moskvaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov İmperator Pravoslav Fələstin Cəmiyyətində çıxışı zamanı deyib.
“Deyə bilərəm ki, o, tezliklə Moskvaya rəsmi səfər edəcək, Vladimir Vladimiroviç Putinlə danışıqlar aparılacaq”, – nazir müavinid eyib. (Ölkə)