• 25 Noyabr 2024 03:42

“Şaxtyor”un rəhbəri FİFA-dan narazılıq etdi – 40 milyon avro itirilib.

Ukrayna klubu “Şaxtyor”un baş direktoru Sergey Palkin Donetskə qayıtmaq arzusunda olduqlarını söyləyib.

Tacxeber.com valyuta.az-a istinadən xəbər verir ki, 2014-cü ildən mühacirətdə yaşayan Palkin İspaniyanın aparıcı qəzetlərindən biri olan “El Pais”ə verdiyi müsahibədə klubun stadionu “Donbas Arena”ya qayıtmaq və Ukraynadakı azarkeşləri ilə yenidən görüşmək istədiyini bildirib.

48 yaşlı direktor açıqlamasında “2014-cü ildə şəhərimizdən çıxanda düşünürdük ki, üç ay ərzində qayıdacağıq. Gələn il azarkeşlərimizi və stadionumuzu tərk etməyimizin 10 ili tamam olacaq. Klubumuzun başına gələn heç nə normal deyil. Ancaq biz Donetskə qayıtmağı xəyal edirik. Geri qayıtmağı xəyal etmiriksə, davam etməyin mənası yoxdur” – sözlərini söyləyib.

Ötən il fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin başlatdığı müharibədən sonra FİFA Oyunçuların Statusu və Transfer Reqlamentində dəyişikliklər edib. Belə ki, qərarlar çərçivəsində əcnəbi futbolçu və məşqçilərin müqavilələri dayandırılıb. Bununla da futbolçular və məşqçilər heç bir maliyyə öhdəliyi götürmədən Ukrayna klubları ilə müqavilələrini birtərəfli qaydada poza biliblər. Palkin verdiyi müsahibədə FİFA-nı Ukrayna Futbol Federasiyası və ya ölkədəki klublarla məsləhətləşmədən bu qərarı verdiyinə görə tənqid edərək, “Biz FİFA ilə əlaqə saxlayıb problemimizi izah etməyə çalışdıq. Amma bu qərarlarla Ukrayna klublarını böyük maddi bir yükün altına atdılar” – ifadələrini işlədib. Baş direktor ötən il klubdan 13 əcnəbi futbolçunun ayrıldığını, indiyədək 40 milyon avro itirdiklərini və bu məbləğin 80 milyon avroya qədər yüksələ biləcəyini bildirib.

Digər tərəfdən, Donetsk klubu ukraynalı futbolçu Mixil Mudriki yanvarda 100 milyon avroya “Çelsi”yə satıb. Palkin, bu transferin onlar üçün çox xeyirli olduğunu və müqavilələrini birtərəfli qaydada ləğv edən əcnəbi futbolçuların verdikləri maddi itkini pulun böyük hissəsi ilə qarşıladıqlarını bildirib.

Klub rəsmisi Mariupoldakı “Azovstal” polad zavodunda rus əsgərləri ilə döyüşdə həlak olan və yaralanan əsgərlərin ailələrinə 26 milyon avro verdiklərini açıqlayıb. Sözügedən fabrikin “Şahtar Donesk”in sahibi və prezidenti iş adamı Rinat Ahmetova məxsus olduğunu xatırladan Palkin açıqlamasında, “Mariupol Donetskdən cəmi 100 kilometr məsafədədir. Orada çoxlu “Şaxtyor” azarkeşi yaşayırdı. “Azovstal”ın sahibi bizim prezidentimizdir. Müharibədən fiziki xəsarət almadan sağ çıxanlar belə, psixi sağlamlıqları ilə bağlı inanılmaz dərəcədə çətin anlar yaşadılar. Bu tam bir kabus idi” – deyib.

Müharibənin ilk dövründə gərgin toqquşmalara səhnə olan Mariupol mayın 20-də Rusiyanın nəzarətinə keçib.

 

Tacxeber.com

Oxşar xəbərlər