İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub.
Tacxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir.
Bildirilib ki, onlar bir neçə saatdır Qəzzadadırlar və “HƏMAS-la terrorçu hədəflərə” qarşı fəaliyyət göstərirlər. Qəzetin qeyd etdiyi kimi, reyd başa çatdıqdan sonra hərbi hissələrin İsrail ərazisinə qayıdacağı gözlənilir.