• 22 Sentyabr 2024 15:41

“Netanyahunun oğlu Mayyamidən getməyə tələsmir, İsrail əsgərləri bu barədə nə düşünür?” – “The Times”

“Bu, bizim üçün, israillilər üçün yaxın tariximizin ən birləşdirici məqamıdır, hər birimiz, o cümlədən baş nazirin oğlu da bu gün burada olmalıdır…”

HƏMAS-ın İsrailə qanlı hücumundan sonra ehtiyatda olanlardan yüz minlərlə insan İsrail Müdafiə Ordusunun sıralarına daxil olub. Lakin baş nazir Binyamin Netanyahunun böyük oğlu vətənə dönməyi planlaşdırmır.

Bu barədə Britaniyanın “The Times” qəzeti yazıb.

Jurnalistlərin məlumatına görə, 32 yaşlı Yair Netanyahu bu ilin əvvəlində Mayyamiyə köçüb və indiyədək Amerikanın bu şəhərində yaşayır.

Qəzet baş nazirin oğlunun HƏMAS başkəsənlərinə qarşı müdafiə olunmaq üçün İsrailə dönmədiyinə görə narazı olan bir neçə israilli əsgərin anonim fikirlərini dərc edib.

“İşini, ailəsini, övladlarını tərk edib evlərimizi və ölkəmizi müdafiə edən bu vəziyyətə görə məsuliyyət daşıyanların qohumları deyil, bizlərik”.

“Bizim qardaşlarımız, bizim atalarımız, hamı cəbhəyə gedir, lakin Yair hələ də burada yoxdur. Bu, ölkə rəhbərliyinə etimadın möhkəmlənməsinə xidmət etmir”.

“Mən Birləşmiş Ştatlardan gəlmişəm, orada mənim işim, həyatım, ailəm var. Mən öz doğma ölkəmi, doğma xalqımı belə kritik dönəmdə tənha qoyub orada qala bilmərəm. Baş nazirin oğlu haradadır? Nədən o, İsraildə deyil?”

“Bu, bizim üçün, israillilər üçün yaxın tariximizin ən birləşdirici məqamıdır. Hər birimiz, o cümlədən baş nazirin oğlu da elə bu gün burada olmalıyıq”.

Britaniyanın “Daily Mail” nəşri yazıb ki, Yair heç vaxt əsgər olmayıb, hərbi xidmət keçən zaman İsrail Müdafiə Ordusunun mətbuat xidmətində işləyib.

“Lakin ehtiyayda olanların heç də hamısı döyüşə göndərilmir, onlar da qeyri-döyüş tapşırıqlarını icra edir. Bu isə o deməkdir ki, Yairin təcrübəsinin olmaması onu orduda xidmətdən azad etmir”, – britaniyalı jurnalistlər qeyd edib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər